Avtomobil oğruları qəzaya düşüblər və polis tərəfindən saxlanılıblar

Avtomobil oğruları qəzaya düşüblər və polis tərəfindən saxlanılıblar
# 17 noyabr 2014 11:09 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda avtomobil oğurlayan şəxslər tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 16-da saat 15.00 radələrində Binəqədi rayonunun Babaşov küçəsində yerləşən avtoyuma məntəqəsindən Bakı şəhər sakini Samir Şıxkərimova məxsus “Hyundai” markalı avtomobil qaçırılıb. Avtomobil həmin gün saat 16.00 radələrində Salyan rayonu ərazisində idarə edilərkən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Sürücü tabeçilik göstərməyərək hərəkəti davam etdirib və avtomobili aşırıb.

Avtomobili idarə edən avtoyuma məntəqəsinin işçisi - Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Ərşad Səfərova və sərnişinləri - Masallı rayon sakini Mais Fərzəliyevə və Biləsuvar rayon sakini Həsən Soltanova ilkin tibbi yardım göstərilib və onlar Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə aparılıblar.

H. Soltanovun halı pisləşdiyindən o, xəstəxanaya yerləşdirilib.


Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR