Yüngül sənaye üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Yüngül sənaye üzrə İşçi Qrupunun növbəti iclası keçirilib
# 28 aprel 2015 15:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyində yüngül sənaye üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, iclasda nazirliyin nümayəndələri tərəfindən sənaye, xüsusilə yüngül sənaye sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də sənaye parkları və sənaye məhəllələrinin yaradılması istiqamətində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib, sənaye müəssisələrinin nümayəndələri ilə müzakirələr aparılıb.

İclasda yüngül sənaye üzrə bir sıra məsələlər, o cümlədən istehsal olunan məhsulların xarici ölkələrə ixrac imkanları, xammalla təminat, yüksək ixtisaslı kadrlara tələbat və s. müzakirə edilib.

Qeyd edək ki, Prezidenti İlham Əliyevin 12 mart 2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 8 işçi qrupu yaradılıb. Ötən il işçi qruplarının ilk iclasları keçirilmiş, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılmış və təkliflər hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR