Azərbaycan deputatları Yaponiyaya gedir

Azərbaycan deputatları Yaponiyaya gedir
# 23 may 2015 07:39 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin deputatları Muxtar Babayev və Aslan Cəfərov mayın 24-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda səfərdə olacaqlar.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, deputatlar Parlamentlərarası İttifaqın təşkil etdiyi “Gənc parlamentarilər demokratiya, sülh və rifah naminə” mövzusunda Qlobal Konfransda iştirak edəcəklər.

Konfrans çərçivəsində digər ölkələrin parlamentariləri ilə görüşlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR