“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “açıq qapı” günləri elan edib

“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “açıq qapı” günləri elan edib
# 10 oktyabr 2014 15:21 (UTC +04:00)

Bakı - APA. Oktyabrın 10-17-də "Avropa İrs Günləri" layihəsi çərçivəsində Azərbaycanda bir sıra tədbirlər keçiriləcək.

APA-nın xəbərinə görə, hər il Avropa Şurası və Avropa İttifaqına üzv ölkələrdə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd edilən layihənin məqsədi tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.

Azərbaycan Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də bu tədbirlərdə fəal iştirak edir. "Avropa İrs Günləri" çərçivəsində 11-12 oktyabr tarixlərində “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən muzeylərdə (Qız Qalası, “Şirvanşahlar Sarayı” Kompleksi, Sıratağlı dini-memarlıq kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi) açıq qapı elan olunacaq və həmin muzeylərə giriş pulsuz olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR