Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi məhkəməyə göndərilib

Sabiq müstəntiq Rüfət Səfərovun cinayət işi məhkəməyə göndərilib
# 29 iyun 2016 07:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərovun barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Bu barədə APA-ya məlumat verən R. Səfərovun vəkili Bəhruz Bayramov bildirib ki, artıq cinayət işinin materialları ilə tanış olub. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Yaxın vaxtlarda cinayət işi üzrə proses başlayacaq.

Qeyd edək ki, bu il yanvarın 15-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə R. Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan məhkəməyə müraciət olunaraq həbs qərarının ev dustaqlığı ilə əvəz olunması istənilib. Yanvarın 22-də onun müraciətinə Binəqədi rayon Məhkəməsi tərəfindən baxılıb və barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

R. Səfərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.

Xatırladaq ki, R. Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR