Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə rayonunun qaz təchizatı məhdudlaşdırılır
# 20 oktyabr 2014 07:48 (UTC +04:00)

Bakı - APA-Economics. Bu gün Azərbaycanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 11:00-dan 16:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək Şirvan şəhərinin bir hissəsinə, işlər başa çatanadək isə Goranboy rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR