Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Noyabr - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Noyabr - <span style="color: red;">VİDEO
# 17 noyabr 2014 17:11 (UTC +04:00)

Bakı-APA. Dünya yeni iqtisadi və maliyyə böhranı ərəfəsindədir. Səbəb isə qısa şəkildə desək geosiyasi risklərdir. O risklər ki, iqtisadiyyatın həcmini artırmağa, insanların yaşayış səviyyəsini qaldırmağa, yeni iş yerlərinin açılmasına imkan vermir. Kemeron geosiyasi risklər kəlməsini dilinə gətirməsə də, dolayı yolla etiraf edib ki, supergüclərin, böyük dövlətlərin və region dövlətlərinin yürütdükləri siyasətdə merkantil maraqların ön plana çıxarılması dünyada balansı pozub. Böyük dövlətlər öz maraqlarını ön plana çəkməklə geosiyasi riskləri də artırıb, balansı pozublar. Və nəticə hamı üçün eynidir – dünyada iqtisadi və maliyyə böhranı yaşanacaqsa, bunun ən böyük zərbəsi təkcə böyük oyunların hədəfi olan regionlara deyil, ilk növbədə böyük iqtisadiyyatlara, o cümlədən ABŞ, Avropa Birliyi, Rusiya və Çinə dəyəcək. Kemeronun xəbərdarlığı sadə insanlara deyil, böyük güclərə yönəlib - böhrandan minimum itkilərlə çıxmaq üçün hər cür ssenarilərə hazır olmaq lazımdır. İqtisadi böhrandan minimum itki ilə təkcə enerji resursları ixrac edən, güclü qızıl və valyuta ehtiyatlarına sahib ölkələr çıxacaqlar. Bir gerçək də var - bütün oyunçuların uduşsuş çıxacağı oyunun qaydaları mütləq dəyişməlidir və dəyişəcək. Bu Azərbaycan üçün hər baxımdan gözəl bir fürsət ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR