Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayıb

Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərin şikayəti üzrə məhkəmə başlayıb
# 27 iyul 2016 08:39 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakı Apellyasiya məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elşən İsmayılov və Mirrahim Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 9-na təyin olunub.

Qeyd edək ki, E. İsmayılov və M. Abdullayev Suriyada İŞİD-in tərkibində vuruşmaqda günahlandırılırlar. Onlar Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) və digər maddələrə əsasən ittiham olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 15 il, Mirrahim Abdullayev 11 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR