“Cənub Qaz Dəhlizi” QSC auditor seçir

“Cənub Qaz Dəhlizi” QSC auditor seçir
# 15 dekabr 2014 09:33 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Econimics. “Cənub Qaz Dəhlizi” QSC cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin auditorunun seçiminə dair tender elan edib.

APA-Economics”in məlumatına görə, tender elanına əsasən, iştiraka görə dövlət rüsumu 100 manat təşkil edir. Bununla belə, audit üzrə işlərin icrası üçün maliyyə və texniki imkanlara malik olan şirkətlər tenderdə iştiraka dəvət olunur.


Tenderin şərtlərinə əsasən, iştirakçılardan təkliflərin qəbulu 29 yanvar 2015-ci ilə qədər davam edəcək, tender proseduru yanvarın 30-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR