Yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5 mln. tona yaxın yük daşınıb

Yanvar-mart aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 5 mln. tona yaxın yük daşınıb
# 15 aprel 2015 08:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük daşınması bu ilin I rübündə 4,8 mln. ton olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumat görə, sutkada orta hesabla 486 vaqon yüklənib, 496 vaqon isə boşaldılıb.

Bundan başqa sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 20,4 min ton, qərb istiqaməti üzrə 5,2 min ton və cənub istiqaməti üzrə 2,4 min ton yüklənmə işi yerinə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR