DİN Sabunçuda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb

DİN Sabunçuda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb
# 29 mart 2015 10:20 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Sabunçuda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 27-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən ev alqı-satqı ofisində orada işləyən, əvvəllər məhkum olunan Nuridin Bayramov qısqanclıq zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Zeynəb Alışovanı boğma yolu ilə qətlə yetirib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində N.Bayramov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR