Dövlət Gömrük Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 28 noyabr 2014 14:13 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı-APA. Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda vətəndaşları qəbul edib.

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda Şirvan şəhəri, Hacıqabul və Kürdəmir rayonundan olan vətəndaşları qəbul edib.

Müraciətlər əsasən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı və gömrük orqanlarına işə qəbulla əlaqədar edilib.

Bəzi müraciətlər yerində həll olundu, komitənin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR