"Bank VTB (Azerbaijan)" kapitala olan minimal tələbi yerinə yetirmək üçün kredit cəlb edir

"Bank VTB (Azerbaijan)" kapitala olan minimal tələbi yerinə yetirmək üçün kredit cəlb edir
# 13 mart 2015 08:34 (UTC +04:00)

Bakı - APA-Economics. "Bank VTB (Azerbaijan)" kapital olan minimal tələbi yerinə yetirmək üçün kredit hesabına kapitallaşdırma həyata keçirəcək.

Bunu "APA-Economics"ə müsahibəsində bankın İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

"Manatın devalvasiyasına görə, biz Mərkəzi Bankın kapitala olan minimal tələbinin çərçivəsindən kənara çıxdıq. Lakin yaxın vaxtlarda biz kapitalizasiya həyata keçirəcəyik. Məqsədimiz kapitalımızı Mərkəzi Bankın minimal tələbinə çatdırmaqdır", - deyə Y. Yakovlev bildirib.

Bankın sədri əlavə edib ki, "yaxın vaxtlarda güclü kapitalizasiya etmək fikrimiz yoxdur".

Y. Yakovlev deyib ki, kapitalizasiya "Bank VTB"dən cəlb olunacaq subordinasiyalaşdırılmış kredit hesabına həyata keçiriləcək: "Bu, ən tez və effektiv metoddur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR