Bakı. Ramiz Mikyaıloğlu - APA. “Bəzi imkanlı adamlar Filippindən, İngiltərədən və digər ölkələrdən dayələr gətirirlər. Hətta bəzi ailələrdə Azərbaycan dilində danışmaq da qadağan olunub”.
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisdə millət vəkili Tahir Rzayev söyləyib.
Millət vəkili deyib ki, həmin dayələr burada öz mədəniyyətlərini və dillərini təbliğ edirlər: “Hətta xaricdən gətirilən dayələr uşaqlara Azərbaycan dilində danışmağa qadağa qoyurlar. Bütün bunlar milli-mədəni dəyərlərimizə ziddir, təhlükəli tendensiyadır. Bunun qarşısının alınması üçün tədbirlər görülməlidir. Qanunvericilikdə də bu kimi halların qarşısının alınması nəzərdə tutulmalıdır”.