Bakı Uşaq Teatrı Türkiyədə festivalda iştirak edib

 Bakı Uşaq Teatrı Türkiyədə festivalda iştirak edib
# 09 iyul 2015 15:47 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Uşaq Teatrı Türkiyədə festivalda iştirak edib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Merzifon Şəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən festivala Azərbaycan, Belarus, Gürcüstan teatrları qonaq qismində qatılıb.

Bakı Uşaq Teatrı festivalda teatrın repertuarında olan tamaşalardan parçalar, illüziya nömrələri nümayiş etdirib, klounların çıxışı və teatrın aktrisalarının ifasında xalq mahnılarından ibarət konsert proqramı təqdim olunub.

Qastrol səfərində İntiqam Soltanın rəhbərliyi ilə aktyorlardan Tofiq İsgəndərli, Rauf Hüseynov, Vüsalə Bəşirova, Şahin Kazımov, Rəfael Muradxanlı, Günay Pirizadə iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR