Son 1 ildə Azərbaycanda bank aktivləri 8 mlrd. manata yaxın artıb

Son 1 ildə Azərbaycanda bank aktivləri 8 mlrd. manata yaxın artıb
# 13 aprel 2015 12:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov– APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu aktivləri son bir ildə 7 814 mln. manat və ya 37,53% artaraq 2015-ci il martın 1-nə 28 mlrd. 632,5 mln. manata çatıb.

APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib. 2015-cü ilin fevral ayı ərzində aktivlərin həcmi 3 794,5 mln. manat və ya 15,28% artıb.

Bu ilin martın 1-nə bankların kredit qoyuluşları 20 mlrd. 137,7 mln. təşkil edib ki, bu da illik müqayisədə 28,95 çoxdur. Başqa sözlə, əgər 2014-cü ilin eyni dövründə kredit qoyuluşu 15,616 mlrd. manat olubsa, bir ildə bu göstərici 4 521,7 mln. manat artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR