Merkel: İslahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək

Merkel: İslahatlar olmadan Afinaya heç bir yardım göstərilməyəcək
# 07 iyul 2015 18:05 (UTC +04:00)

Bakı-APA. Həmrəylik və islahatlar olmadan Yunanıstan heç bir yardım göstərilməyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bildirib.

Qeyd edək ki, Angela Merkel Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gəlib.

“Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan hazırda irəlilədiyimiz yol artıq mümkünsüz olacaq”, deyə Merkel vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR