Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verib - YENİLƏNİB - VİDEO

Rusiya Federasiya Şurası Silahlı Qüvvələrdən ölkə xaricində istifadə edilməsinə icazə verib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2015 09:59 (UTC +04:00)

Bakı - APA. Rusiya Federasiya Şurası ölkə Silahlı Qüvvələrinin xaricdə istifadəsinə icazə verilməsi ilə bağlı prezidentin müraciətini yekdilliklə dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Kreml administrasiyasının rəhbəri Sergey İvanov bildirib. O deyib ki, Vladimir Putinin müraciəti Suriyadakı vəziyyətlə əlaqədardır. Belə ki, Suriya prezidenti Bəşər Əsəd Rusiyaya rəsmi şəkildə müraciət edərək ölkəsinə hərbi yardım göstərilməsini xahiş edib. S. İvanov Suriyada yalnız Hərbi Hava Qüvvələrindən istifadə edəcəklərini vəə quru qoşunlarının istifadəsindən söhbət getmədiyini nəzərə çatdırıb.

*** *** ***

Saat 12:43.

Bakı – APA. Rusiya prezidenti Vladimir Putin Federasiya Şurasına müraciət edərək Silahlı Qüvvələrdən ölkə xaricində istifadə etmək üçün icazə istəyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Federasiya Şurasının bu gün başlayan plenar iclasının əvvəlində qurumun sədri Valentina Matviyenko bildirib. Federasiya Şurasının üzvləri məsələyə qapalı rejimdə baxılmasına səs veriblər.

Toplantıda Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov, Federasiya Şurasının Müdafiə komitəsinin sədri Viktor Ozerov və Beynəlxalq komitənin sədrinin 1-ci müavini Vladimir Cabarov məruzə ilə çıxış edəcəklər.

V. Matviyenko ordudan konkret harada istifadə olunacağını açıqlamayıb.

Qeyd edək ki, məsələ Rusiyanın Suriyaya hərbi yardımları və bu ölkədə hərbi mövcudiyyəti barədə xəbərlərin artdığı dövrə təsadüf edir. Rusiya və ABŞ prezidentləri bu məsələni BMT Baş Assambleyası çərçivəsində müzakirə ediblər.

Xatırladaq ki, Federasiya Şurası 2014-cü ilin martında Silahlı Qüvvələrdən Ukrayna ərazisində istifadə olunmasına icazə verilməsi üçün prezidentin müraciətini təmin edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR