SOCAR nizamnamə kapitalını 1,5 mlrd. manata çatdırıb

SOCAR nizamnamə kapitalını 1,5 mlrd. manata çatdırıb
# 01 iyul 2015 10:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2015-ci ilin yanvar ayının 1-ə nizamnamə kapitalı 1,496 mlrd. manat təşkil edib.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Ernst&Young" audit şirkəti tərəfindən aparılan SOCAR-ın konsolidasiya edilmiş maliyyə hesabatına deyilir.

Hesabata əsasən, şirkətin nizamnamə kapitalı il ərzində 13,76% çoxdur.

SOCAR 2014-cü ildə kapitala 963 mln. manat həcmində əlavə ödəniş edib. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə şirkət kapitalına 955 mln. manat əlavə edib.

Şirkətin bölüşdürülməmiş mənfəəti 8,348 mlrd. manat təşkil edib ki, bu da 1 il ərzində 10,51% artım deməkdir.

Hesabat dövründə törəmə müəssisələrin səhmlərinin satışından SOCAR-a 122 mln. manat daxil olub.

Cari ilin əvvəlinə SOCAR-ın məcmu kapitalı 8,1% artaraq 11,057 mlrd. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR