Ərəb koalisiyası Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib

Ərəb koalisiyası Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib
# 11 aprel 2015 22:32 (UTC +04:00)

Bakı-APA. Ərəb ölkələri koalisiyasının hərbi hava qüvvələri Rusiyanın 2 təyyarəsinə Yəməndə eniş etməyə icazə verməyib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Sana beynəlxalq aeroportundan bildirilib.

Məlumata görə, təyyarələr Misirin paytaxtı Qahirəyə dönməyə məcbur olub.

Bu arada Yəməndəki gərgin vəziyyətlə əlaqədar Rusiyanın Sanadakı səfirliyinin konsulluq şöbəsi işini dayandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR