Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək

Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək
# 01 may 2015 13:10 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mayın 7-8-də Bakıda “Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq Elmi Simpozium keçiriləcək.

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun elmi katibi Elçin Abbasov məlumat verib. E. Abbasovun sözlərinə görə, Beynəlxalq Elmi Simpoziumun təşkilatçıları AMEA Folklor İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Türkiyə Hacı Bektaş Vəli Kültür Dərnəyi və Türk İşbirliyi Koordinasyon Ajansı Başkanlığı-TİKA-dır: “Simpoziuma Azərbaycanla yanaşı, İran, Dağıstan, Gürcüstan, Qazaxıstan və Türkiyədən tanınmış elm və mədəniyyət adamları qatılacaq. Simpoziumda Azərbaycan və xarici ölkələrin 30-a yaxın elmi-mədəni təşkilat və müəssisələri təmsil edən 100-ə yaxın nümayəndə iştirak edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR