Berti Foqts: “Bu oyunun prinsipiallığını bilirəm”

Berti Foqts: “Bu oyunun prinsipiallığını bilirəm”
# 20 avqust 2014 10:26 (UTC +04:00)
Bakı – APA. “Şadam ki, Özbəkistana qarşı oynamaq fürsətimiz var. Amma təəssüf ki, bundan sonra avqustda FİFA-nın “pəncərəsi”ndə qarşılaşma olmayacaq”. Apasport.az saytının xəbərinə görə, bu sözlər Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsa məxsusdu.

Bu gün Özbəkistanla qarşılaşacaq millimizin çalışdırıcısı avqustda belə görüşlərin az olmasına təəssüflənib: “Bu, bizim kimi kiçik ölkələr üçün çox pisdi. Klublarda elədir ki, hazırlıq zamanı 5-7 sınaq görüşü keçirirlər. Biz isə az oynayırıq”.

Özbəkistanla qarşılaşmadan sonra daha bir sınaq matçı keçirəcək yığmamız sentyabrın 3-də Moskvada son dünya çempionatının iştirakçısı olan Rusiya ilə qarşılaşacaq. Almaniyalı mütəxəssis həmin görüşün prinsipiallığından danışıb: “Bu matçın prinsipiallığını bilirəm. Fabio Kapello mənim dostumdu. Komandamızın mundialda çıxış edən yığmaya qarşı oynamasını istəyirdim. Müqavilədə nəzərdə tutulub ki, Rusiya ilə Bakıda da yaxın 3 ildə oyun keçirilsin. Bu qarşılaşma prinsipiallığına görə Almaniya – Hollandiya matçını xatırladır. Özbəkistanla qarşılaşmanın keçirilməsində məqsəd isə qitə çempionatının seçmə mərhələsində rəqibimiz olan Bolqarıstan yığmasına uyğun Avropa komandası tapmaq çətindi. Bu matçda səhvləri özümdə qeyd edəcəyəm”.

Foqts bildirib ki, milli komandamızın Avropa çempionatının pley-off mərhələsinə çıxacağına inanır: “Bu komandadan pley-off mərhələsinə çıxmağı gözləyirəm. Bunu futbolçular da bilirlər. Dünənki məşq prosesindən razı qalmasam da, bunu onlardan gözləyirəm. “Qarabağ” və “Neftçi” arasında Superkubok matçı təxirə salındığı halda, İtaliya və Xorvatiya ilə oyunlara görə təxirəsalma olmur. 3 gün ərzində futbolçularıma fiziki güc sərf etmək çətin olacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR