Oqtay Əsədov Yaponiyaya səfər edəcək

Oqtay Əsədov Yaponiyaya səfər edəcək
# 17 aprel 2015 10:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti 19-25 aprel tarixlərində Yaponiyaya səfər edəcək.

Azərbaycanın Yaponiyadakı Səfirliyindən APA-ya verilən məlumata görə, görüş zamanı Milli Məclis sədrinin Yaponiyanın imperatoru Akixito ilə görüşü gözlənilir. Parlament nümayəndə heyətinin həmçinin Yaponiyanın baş naziri Şinzo Abe, Yaponiya parlamentinin Konsullar Palatasının prezidenti Maasaki Yamazaki, parlamentin Nümayəndələr Palatasının spikeri Nobutaka Maximura, xarici işlər naziri Minoru Kiuçi, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının sədri Akira Amari və liqanın digər üzvləri ilə görüşü planlaşdırılır.

Görüş zamanı iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi, parlamentlərarası əlaqələri yüksəltmək, münasibətlərin müxtəlif sahələrdə gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR