Əfqanıstan prezidenti: ABŞ qoşunlarının sayına dair qərarı Barak Obama verəcək

Əfqanıstan prezidenti: ABŞ qoşunlarının sayına dair qərarı Barak Obama verəcək
# 23 mart 2015 23:35 (UTC +04:00)

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-da səfərdə olan Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay bildirib.

“Konkret sayın müəyyənləşdirilməsi ABŞ-ın səlahiyyətindədir. Qoşunların sayına dair qərar prezident Barak Obama tərəfindən veriləcək. Ümumiyyətlə, rəqəmlər önəmli deyil, əsas məqsəd ABŞ və Əfqanıstanın təhlükəsizliyidir”, deyə Əhmədzay vurğulayıb.

Öz növbəsində, ABŞ-ın Dövlət katibi Con Kerri bildirib ki, adıçəkilən məsələ ABŞ və Əfqanıstan prezidentlərinin Ağ Evdəki görüşündə müzakirə ediləcək.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karter 2016-ci ildən Əfqanıstanda ABŞ hərbi kontingentinin sayının azaldılacağını bildirib. “2017-ci ildən etibarən isə ölkədə sabitliyin təmin edilməsində aparıcı rol yerli təhlükəsizlik qüvvələrinə məxsus olacaq”, deyə E.Karter vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR