Ağdənizdə təknə batıb, 700 nəfərə yaxın adamın öldüyü bildirilir

Ağdənizdə təknə batıb, 700 nəfərə yaxın adamın öldüyü bildirilir
# 19 aprel 2015 12:15 (UTC +04:00)

Bakı-APA. Ağdənizin İtaliya ilə Liviya arasındakı Siciliya kanalı adlandırılan hissəsində 700 nəfər qaçqını daşıyan təknə batıb.

APA-nın xarici KİV-ə istiandən verdiyi xəbərə görə, təknə ötən gecə dənizin Liviyaya aid ərazisində batıb. Yaxınlıqdan keçən yük gəmisinin 28 nəfərin həyatını xilas etdiyi, 21 nəfərin isə cəsədinin dənizdən çıxarıldığı bildirlir.

Xilasetmə əməliyyatına helikopterlər də cəlb olunub.

600 nəfərdən çox qaçqının öldüyü güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR