Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"

Oqtay Şirəliyev: "Yanğında xəsarət alanların arasında çox ağır vəziyyətdə olan xəstə yoxdur"
# 20 may 2015 15:11 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Bakı şəhərində baş verən yanğın zamanı hadisə yerində təcili yardım briqadaları tərəfindən 56 nəfərə tibbi yardım göstərilib, onlardan 41-i xəstəxanalara yerləşdirilib". APA-nın xəbərinə görə, bunu səhiyyə naziri Oqtay Şirəliyev yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən ilk iclasında çıxışı zamanı deyib. O bildirib ki, xəstəxanaya yerləşdirilənlərdən 16-sı lazımi yardım göstərilərək axşam buraxılıb.

Nazir hazırda xəstəxanalarda 14 xəstənin olduğunu söyləyib: “Onların vəziyyəti kafidir və aralarında çox ağır vəziyyətdə olan xəstə yoxdur. Hadisə nəticəsində 15 ölüm hadisəsi olub. Binadan 14 meyit çıxarılıb, bir nəfər - 68 yaşlı qadın isə gecə vəfat edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR