QDİƏT PA Ukrayna nümayəndə heyətinin hərəkətinə görə reqlamentə dəyişiklik edib

QDİƏT PA Ukrayna nümayəndə heyətinin hərəkətinə görə reqlamentə dəyişiklik edib
# 28 iyun 2016 15:48 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Daimi Komitəsi qurumun reqlamentinə çıxışlar zamanı hər hansı etiraz aksiyası keçirməyə görə məsuliyyət nəzərdə tutan dəyişikliyi dəstəkləyib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə açıqlama verən Daimi Komitənin üzvü Mixail Yemelyanov belə bir hadisənin ötən il Rumıniyada keçirilən sessiya zamanı baş verdiyini xatırladıb. O bildirib ki, həmin vaxt Dövlət Dumasının spikeri Sergey Narışkinin çıxışı zamanı Ukrayna nümayəndə heyətinin üzvləri Rusiyaya qarşı plakatlar qaldırıblar və anti-Rusiya şüarları səsləndiriblər. Məhz həmin vaxt S. Narışkin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası çərçivəsində parlament etikası üzrə komissiyanın yaradılmasını təklif edib. “Daimi komitə yekdilliklə Ukraynanın Rumıniyadakı şousuna bənzər şouları qadağan edən düzəlişi qəbul edib. Assambleyaya üzv deputatların bu kimin addımlarına görə məsuliyyət müəyyənləşdirilib. Onlar assambleyada çıxış etmək hüququndan məhrum edilə bilərlər. Ən son halda isə onların ümumiyyətlə, assambleyadakı mandatları əllərindən alına bilər”, - deyə M. Yemelyanov söyləyib.

Xatırladaq ki, bu gün Moskvada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyası başlayıb. Sessiyada Azərbaycan nümayəndə heyəti də iştirak edir. Gürcüstan və Ukrayna nümayəndə heyətləri sessiyaya qatılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR