Nazir Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edib - FOTO - VİDEO

Nazir Kəmaləddin Heydərov Neftçalada vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 30 oktyabr 2015 09:46 (UTC +04:00)

Neftçala. Əlibəy Zeynallı - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Neftçala şəhərində vətəndaşlarını qəbulunu keçirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, K. Heydərov Neftçala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Şirvan şəhərinin, Neftçala, Salyan və Biləsuvar rayonlarının sakinlərini, həmçinin, həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Nazir 22 vətəndaşın müraciətini dinləyib.

Qəbula gəlmiş şəxslərin müraciətlərinin bir qismi yerində həllini tapıb. Araşdırılmasına ehtiyac olan məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.

Kadr və digər məsələlərlə əlaqədar müraciət etmiş 75, digər problemlərlə bağlı müraciət etmiş 66 nəfər isə nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb və müvafiq izahat işləri aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR