Son 1 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 30 faizdən çox azalıb

 Son 1 ildə Azərbaycanda dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 30 faizdən çox azalıb
# 18 noyabr 2015 13:09 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Dəniz nəqliyyatı ilə cari ilin yanvar-oktyabr aylarında daşınmış yüklərin həcmi 5,6 mln. ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,3% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, daşınan yüklərin 67,2%-ni neft yükləri təşkil edib.

Bundan başqa, dəniz limanlarında 7,2 mln. ton yükləmə-boşaltma işləri həyata keçirilib. Yüklərin 94,3%-ni tranzit yüklər təşkil edib.

2015-ci il noyabr ayının 1-i vəziyyətinə limanlarda göndərilmək üçün 102,7 min ton idxal yükləri olub.

Qeyd olunan dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 47,2% azalaraq 6,6 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR