“Azərkosmos” informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb

“Azərkosmos” informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb
# 04 sentyabr 2014 09:00 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın milli peyk operatoru “Azərkosmos” ASC informasiya texnologiyalarının təchizatı ilə bağlı iki müqavilə imzalayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, müqavilələr yerli “Bestcomp Group” və “Maybo” şirkətləri ilə bağlanıb.

Ümumi dəyəri 49 min manata yaxın olan “Bestcomp Group” şirkəti ilə imzalanan müqavilə “Azərkosmos”un kompüter və kompüter avadanlıqları ilə təchiz edilməsini nəzərdə tutur.

“Azərkosmos”un “Maybo” şirkəti ilə bağladığı müqavilə Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinin yerüstü sistemləri üçün ehtiyat avadanlıqlarının satınalmasını nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR