Azərbaycan prezidenti Qırğızıstan rəhbərinə başsağlığı verib

Azərbaycan prezidenti Qırğızıstan rəhbərinə başsağlığı verib
# 09 iyul 2015 22:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Qırğızıstan prezidenti Almazbek Atambayevə başsağlığı verib. APA-nın məlumatına görə, məktubda deyilir:

“Hörmətli Almazbek Şarşenoviç,

Böyük qardaşınız Kalıybek Şarşenovun qəflətən vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə və ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR