Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda “Uşaq festivalı” şənliyi keçirilib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qaradağ rayonunda “Uşaq festivalı” şənliyi keçirilib
# 02 iyul 2015 18:25 (UTC +04:00)

Fonddan APA-ya verilən məlumata görə, şənlikdə Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları, 9 nömrəli xüsusi internat məktəbinin, 6 nömrəli uşaq somatik sanatoriyasının və “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin, eləcə də aztəminatlı ailələrin uşaqları iştirak ediblər.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova tədbirdə çıxış edərək bu gün ölkəmizdə uşaqlara və yeniyetmələrə göstərilən diqqət və qayğıdan danışıb, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

Şən musiqi sədaları altında davam edən tədbirdə uşaqlar cizgi filmi qəhrəmanlarının, klounların göstərdikləri nömrələri maraqla izləyiblər. Tədbirdə iştirak edən hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR