Yeni bədii filmin çəkilişləri yekunlaşıb

Yeni bədii filmin çəkilişləri yekunlaşıb
# 10 iyun 2016 14:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Üç gün və bir ömür” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşıb.

Kinostudiyadan APA-ya verilən məlumata görə, psixoloji dram janrında çəkilən filmin ssenari müəllifi Yusif Şeyxov, quruluşçu rejissoru Babək Şirinsifət, quruluşçu operatoru Rafiq Quliyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Əli və digərləri canlandırırlar.

Ekran əsərində doğma rayonu işğal edilərkən həbsxanada olan qəhrəman azadlığa çıxdıqdan sonra valideynlərinin düşmən tapdağı altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR