Tovuz sakini dərman içərək intihara cəhd edib

Tovuz sakini dərman içərək intihara cəhd edib
# 29 mart 2015 09:40 (UTC +04:00)

Tovuz. Azər Məmmədli - APA. Tovuz rayon sakini intihara cəhd edib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Əyyublu kənd sakini, 1991-ci il təvəllüdlü Sübhan Mahir oğlu Nağıyev dərmanda zəhərlənmə diaqnozu ilə Tovuz rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilən 24 yaşlı S. Nağıyevin vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, bir müddət əvvəl S. Nağıyevin həyat yoldaşı dünyasını dəyişib. Onun bu itkiyə dözməyərək intihar etmək istədiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR