“Azerspace-1” üzərindən yayımlanan yerli və beynəlxalq səviyyəli kanalların sayı 130-a çatıb

“Azerspace-1” üzərindən yayımlanan yerli və beynəlxalq səviyyəli kanalların sayı 130-a çatıb
# 23 aprel 2015 09:19 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azərbaycan peykinin üzərindən yerli və beynəlxalq səviyyəli 130-dək televiziya və 20-dən çox radiokanal yayımlanır”.

APA-Economics” xəbər verir ki, bunu dövlət qəzetinə müsahibəsi zamanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov bildirib.

V.Zeynalov qeyd edib ki, paytaxtdan kənarda fəaliyyət göstərən daha bir neçə regional TV kanalının (Qütb TV, Alternativ TV, Türkel TV, Region TV) “Azerspace-1” peykindən yayımı təşkil edilib.

“Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı danışan aparat rəhbəri bildirib ki: ““Azərkosmos” ASC və ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış qrant müqaviləsinə uyğun olaraq, seçilmiş şirkət tərəfindən “Azerspace-2” ikinci telekommunikasiya peykinin orbitə çıxarılması üzrə texniki-iqtisadi əsaslandırma hazırlanıb. Peyk istehsalçısının seçilməsi ilə bağlı tender elan edilib və iştirak üçün 5 şirkət müraciət edib”.

Aprel ayında tender təkliflərinin açılışının nəzərdə tutulduğunu bildirən V.Zeynalov “Azerspace-2” peykinin resurslarının uzunmüddətli icarəsi və orbital mövqedən istifadə ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanıldığını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR