Parlament seçkiləri ilə əlaqədar Bakı-Moskva videokörpüsü təşkil olunub

Parlament seçkiləri ilə əlaqədar Bakı-Moskva videokörpüsü təşkil olunub
# 27 oktyabr 2015 12:19 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Bakı-Moskva videokörpüsü təşkil olunub.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının üzvü Azər Həsrət bildirib ki, hazırda Azərbaycanda namizədlərin təbliğat kampaniyası davam edir.

Onun sözlərinə görə, ölkədə normal və şəffaf seçkilərin keçiriləcəyi gözlənilir.


"Sputnik-Azərbaycan" agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə isə qeyd edib ki, Azərbaycanda parlament seçkiləri dünyada baş verən çox çətin proseslər fonunda keçirilir: "Bu şəraitdə həm parlament seçkilərinə qədər, həm də sonra Azərbaycan hakimiyyətinin qarşısında milli təcrübə və beynəlxalq arenadakı mövqeyi nəzərə almaqla, dövlət idarəçiliyi sisteminin effektivliyini gücləndirmək vəzifəsi dayanır. Rəsmi Bakı daxili sabitliyin təmin olunması üçün müəyyən təcrübəyə və kifayət qədər imkana malikdir. Bəzi Qərb ölkələri və onların siyasəti ilə əlaqəli beynəlxalq qurumlar nəticəsindən asılı olmayaraq qarşıdan gələn parlament seçkilərini maksimum şəkildə mürəkkəbləşdirməyə çalışırlar. Bu hadisə Azərbaycanın xarici çağırışlara qarşı qətiyyətinin yoxlanılmasının vacib mərhələsi kimi təqdim edilir".

"Cənubi Qafqaz" Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə isə seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının şansının daha yüksək olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR