Con Kerri: Bəşər Əsəd İŞİD-dən neft alır

Con Kerri: Bəşər Əsəd İŞİD-dən neft alır
# 14 noyabr 2015 23:53 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerri Suriya prezidenti Bəşər Əsədi İŞİD terror qruplaşmasından neft almaqda ittiham edib.

“Vəziyyət belədir ki, məhz o Bəşər Əsəd Suriyadakı terror qruplaşmaları üçün maqnit olub... Əsəd neft satır, İŞİD-dən də nefti alır”, deyə Kerri bildirib.

Qeyd edək ki, Vyanada ötən gün Suriya böhranının nizamlanmasına həsr olunmuş görüşdə 20-dək ölkənin XİN rəhbərləri, həmçinin, Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlığı Təşkilatı və Aİ-nin nümayəndələri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR