Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçinin məhkəməsi başlayır

Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçinin məhkəməsi başlayır
# 22 iyul 2015 09:48 (UTC +04:00)

APA-nın “Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə razılıq Ermənistan və Rusiyanın müvafiq strukturları arasında əldə olunub.

İlkin məhkəmə iclası Gümrü şəhərində, Rusiya hərbi bazasının ərazisində keçiriləcək.

Nəşrin öz mənbələrinə əsaslanaraq yazdığına görə, Rusiya tərəfi Permyakovun işi ilə bağlı yekun ittiham aktını açıqladıqdan sonra cinayət işi arasdırılma üçün Ermənistan tərəfinə təhvil veriləcək. Bu zaman məhkəmə iclası dayandırıla və Permyakov Ermənistan hüquq-mühafizə orqanlarının nəzarətinə keçə bilər.

Rusiya tərəfinin məhkəmə prosesi bitəndən sonra Permyakovun Ermənistan ərazisində cəzasını çəkməsinə razılıq verdiyi də bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR