Bank Of Baku

İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər

İlham Əliyev və Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində iştirak ediblər
# 23 avqust 2026 18:15 (UTC +04:00)

Avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.

Bu barədə APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir.

Tədbir çərçivəsində “Davr Bank” (AR Beynəlxalq Bankı), Gips zavodu (“Matanat-A”), “Landau” adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb (“Landau Education Group”) layihələrinin açılışı olub. Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksinin (“Agalarov Development”), “Baku City” yaşayış kompleksinin (“TuranAZ”), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin (“Sur Gold and Silver Project”) və Meyvə bağlarının (“Gold Fresh Fruits”) layihələrinin təməliqoyma mərasimi keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR