ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir

ABŞ Kuba ilə diplomatik münasibətləri bərpa etmək niyyətindədir
# 17 dekabr 2014 17:30 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının rəsmisi xüsusi brifinqdə bəyan edib.

ABŞ 1961-ci ildə bağlanan Havanadakı səfirliyini açmaqla yanaşı fərdi evlərin tikilməsi üçün inşaat materiallarına, bir sıra istehlak mallarına, xırda fermalar üçün texnika ixracatına məhdudiyyəti aradan qaldırmaq niyyətindədir. Həmçinin ölkələr arasında bəzi maliyyə əməliyyatlarının keçirilməsi də mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR