"Bank Silk Vey” nizamnamə kapitalını 2,4% artırır

"Bank Silk Vey” nizamnamə kapitalını 2,4% artırır
# 10 iyul 2015 12:53 (UTC +04:00)

Bakı - APA-Economics. İyul ayının 9-da Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Silk Vey” ASC-nin səhmlərinin buraxılışı dövlət qeydiyyatına alınıb.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, səhmlərin nominal dəyəri 149,5 manat, səhmlərin sayı isə 679 230 ədəddir.

Səhmlər "Bank Silk Vey” ASC-nin nominal dəyəri 146 manat olan 679 230 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Beləliklə, bankın nizamnamə kapitalının həcmi 99 mln. 167,58 min manatdan 101 mln. 205,270 min manatadək artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR