Bu il Dövlət Sosial Müdafiə Fondu əlavə 5 elektron xidməti istifadəyə verməyi planlaşdırır

Bu il Dövlət Sosial Müdafiə Fondu əlavə 5 elektron xidməti istifadəyə verməyi planlaşdırır
# 18 mart 2015 15:07 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı-APA. “2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafı” Dövlət Proqramında müəyyən olunmuş vəzifələrə uyğun olaraq bu il Dövlət Sosial Müdafiə Fondu (DSMF) bəzi islahatlar aparacaq.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu barədə DSMF sədri Elman Mehdiyev məlumat verib.

“Ötən ilin noyabr ayında Azərbaycan Respublikasının 2014-2020-ci illər üçün pensiya islahatı konsepsiyası qəbul olunub, bu istiqamətdə vəzifələr müəyyən olunub. 2015-ci ildə pensiya islahatları sahəsində qanunvericiliyə dəyişikliklər yekunlaşacaq. Bunlar həm sosial sığorta, həm əmək pensiyalarının, həm də fərdi uçot sahəsindəki qanunvericilik bazalarının əsaslı şəkildə yenidən işlənməsini başa çatdırmağı nəzərdə tutur”, - deyə E.Mehdiyev vurğulayıb.

O bildirib ki, bu il elektron xidmətlərin səviyyəsinin və sayının daha da artırılması DSMF-nin əsas prioritetlərindəndir: “Artıq hesabatların yeni əsaslarla qəbulunun avtomatlaşdırılmış rejimdə icrası üçün təlimata dəyişikliklər Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Əsas etibarı ilə DSMF hazırda işəgötürənlərdən qəbul etdiyi 2 növ ayrı-ayrı hesabatı ləğv edərək, yeni rüblük, fərdi-uçot prinsiplərinə əsaslanan vahid hesabatın qəbulunu istifadəyə hazırlayır. Bununla bağlı dəyişikliklər yekunlaşmaq üzrədir və hazırda proqram təminatının işlənməsi üçün işlər görülür. 2015-ci ildə biz əlavə 5 elektron xidmətin istifadəyə verilməsini hədəfləyirik. Bunlar əsas etibarı ilə sosial-sığorta şəhadətnamələrinin dəyişdirilməsi, dublikatın verilməsi və sair məsələlər ilə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR