Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub

Mingəçevirdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas olunub
# 13 avqust 2016 13:00 (UTC +04:00)

Bakı-APA. Mingəçevir Su anbarında batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir Su anbarında bir nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 13:40-da başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR