Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 İyul
# 15 iyul 2016 18:20 (UTC +04:00)

YORUM

Terrorun və terroru planlaşdıranların məqsədi dəyişib. Əgər məqsəd daha çox adam öldürmək idisə, "Avro-2016" zamanı terrorçulara öz planlarını həyata keçirmək üçün son bir ay ərzində daha münbit şərait yaranmışdı. Necə ki, 16 gün əvvəl məsələn, Qədr gecəsində on minlərlə insanın toplandığı İstanbulun Sultan Əhməd meydanı deyil, Atatürk hava limanı seçildi. Çünki orda məqsəd türk turizminə zərbə vurmaq idi.

Göründüyü kimi, terrorçular artıq hədəfə aldığı ölkələrin daha dərin qatlarına, məsələn iqtisadiyyatına zərər vurmağa başlayıblar. Nitsa Fransanın ən gözəl kurort şəhərlərindəndir və ilin hər fəslində dünyanın dörd bir yanından bura gələnlər, gəlmək arzusunda olanlar var... İndi təbii ki, bu arzuda olanların sayı kifayət qədər azalacaq.

Nitsa terrorundan sonra Avropa Birjalarının dəyər itirməyə başlaması isə terrorçuların məqsədlərinə artıqlaması ilə çatdığını sübut edir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR