Rusiya prezidenti Almaniya kansleri ilə Minsk görüşünün yekunlarını müzakirə edib

Rusiya prezidenti Almaniya kansleri ilə Minsk görüşünün yekunlarını müzakirə edib
# 28 avqust 2014 09:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon söhbəti zamanı avqustun 26-da Minskdə Avropa Birliyi-Ukrayna-Avrasiya İttifaqı formatında keçirilən görüşün yekunları müzakirə olunub.

A. Merkel Ukrayna, Rusiya və Avropa Birliyinin rəsmiləri arasında intensiv danışıqların aparılması ilə bağlı əldə olunmuş razılığı dəstəklədiyini bildirib.

Söhbət zamanı Ukraynadakı münaqişənin həllinə yardım məqsədi ilə beynəlxalq səylərin davam etdirilməsinin vacibliyi, habelə ATƏT-in əlaqəndirici qrupunun fəaliyyətinin vacibliyi vurğulanıb.

V. Putin ölkəsinin Ukraynanın şərqinə növbəti humanitar yardım karvanı göndərmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR