“Amrahbank Akademiyası” layihəsinin ilkin mərhələsi yekunlaşıb

“Amrahbank Akademiyası” layihəsinin ilkin mərhələsi yekunlaşıb
# 29 sentyabr 2014 14:23 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 15 avqust 2014-cü il tarixdə “Amrahbank” ASC özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində “Amrahbank Akademiyası” layihəsinə start verib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, layihənin əsas məqsədi gənclərimizin maliyyə savadlılığının artırılması, bank sahəsi üzrə biliklərin verilməsi, eləcə də “Amrahbank”ın yerli bank bazarında mövqeyi, bank tərəfindən təklif olunan məhsul və xidmətlərin tanınması daxil idi. İştirakçıları əsasən gənclərdən ibarət olan bu layihə 15 avqustdan başlayaraq 15 sentyabr 2014-cü il tarixinə qədər davam edib.

Bu müddət ərzində bankın müxtəlif sahələr üzrə təşkilati struktur rəhbərləri, eləcə də xüsusi dəvət olunmuş ekspert qonaqlar tərəfindən müxtəlif mövzularda, o cümlədən karyera planlaması, kompetensiyanın qiymətləndirilməsi, kommunikasiya bacarıqları, ictimaiyyətlə əlaqələr və marketinq işinin effektiv təşkili, nağdsız ödənişlər, plastik kartlardan düzgün istifadə qaydaları, valyuta mövqeyinin peşəkar idarə olunması, depozit və kredit məhsulları üzrə seminarlar keçirilib.

Bundan başqa müştəri xidmətlərinin təşkil olunması ilə daha yaxından tanış olmaq üçün “Amrahbank”ın 28 May və Səbail filiallarına ekskursiyalar da təşkil olunub.

22.09.2014-cü il tarixdə “Amrahbank”ın baş ofisində layihə iştirakçılarına xüsusi sertifikatlar verilib. Təltif olunma mərasimində İdarə Heyətinin sədri cənab Emil Həsənov, İdarə Heyətinin üzvü cənab Vüsal Musayev, Mərkəzi Bankın nümayəndəsi Anar Babazadə, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondunun nümayəndəsi xanım Xuraman Hüseynzadə iştirak edirdilər. Onlara xoş arzularını çatdıran cənab E. Həsənov “Amrahbank” tərəfindən əhalinin, xüsusən gənclərin bank-maliyyə biliklərinin inkişaf etdirilməsi üçün bu tip layihələrin bank tərəfindən gələcəkdə də davam etdiriləcəyini bildirib.

Sonda layihə iştirakçılarına sertfikatlar və hədiyyələr verildi, onlarla xatirə fotoşəkilləri çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR