Abşeron sakinlərindən silah-sursat və narkotik götürülüb

Abşeron sakinlərindən silah-sursat və narkotik götürülüb
# 29 sentyabr 2014 10:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Abşeron rayonunda silah-sursat aşkarlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hökməli qəsəbə sakinləri Cavidan Cəbrayılovdan 1 ədəd "Makarov" markalı tapança və 4 ədəd patron, Ədalət Xəlilovdan alışqanı ilə birgə 2 qutu trotil, 1 ədəd "F-1" qumbarası, 34 ədəd müxtəlif çaplı patron götürülüb.

Ceyhun Xəlilovdan isə 10 qram marixuana və Mübariz Cəbrayılova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 1 kiloqram olan 7 çətənə kolu aşkar edilərək götürüldüyü bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR