“Azercell”in yeni elektron xidməti sayəsində Azərbaycan və dünya ədəbiyyatı əlçatan olacaq

“Azercell”in yeni elektron xidməti sayəsində Azərbaycan və dünya ədəbiyyatı əlçatan olacaq
# 12 noyabr 2015 14:55 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Artıq “Azercell” abunəçilərinin hamısı məşhur “Bookmate” əlavəsi sayəsində azərbaycan, rus, ingilis və türk dilində məhdudiyyətsiz kitab oxuya bilərlər.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil proqramdır. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur.

Belə ki, “Azercell”in təqdim etdiyi mobil kitabxanada 500 000-dən artıq kitaba çıxış təmin olunub. Endirimli abunə məbləği müqabilində “Azercell” abunəçiləri bədii, klassik, müasir və biznes ədəbiyyatından istənilən nümunə ilə tanış ola bilərlər. “Azercell” kitabsevər abunəçilərinə, hətta, pulsuz mütaliə də bəxş edir. Bu zaman abunəçilər əsasən klassik nümunələrdən ibarət müəyyən sayda kitabları oxuya biləcəklər. Cəmi 3,5 manatlıq aylıq abunə olmaqla “Bookmate” istifadəçiləri istənilən kitabı oxuya və mobil cihazlarına yükləyə biləcəklər. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verəcək.

“Bookmate” layihəsinin üstünlükləri çoxdur. Məsələn: digər xidmətlərdən fərqli olaraq, burada hər kitab üçün ayrıca ödəniş etmək lazım deyil. Sadəcə aylıq şəkildə, balansından cəmi 3,5 manat ödəməklə abunəçi nəhəng kitabxanaya daxil olan istənilən əsəri oxuya bilər. Bu xidmət üçün aylıq abunə haqqı bir kitabın qiymətindən belə çox ucuzdur. Digər vacib məqam isə ondan ibarətdir ki, burada oxucular yalnız xarici ədəbiyyat deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Xidmətin ən mühüm üstünlüklərindən biri – “Bookmate” kitabxanasında məşğul olmaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında hansı cihazın – telefon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

“Bookmate” daxilində abunəçilərə ilk dəfə olaraq Azərbaycan, eləcə də, rus, ingilis və türk dillərindəki kitablar təqdim edilir. Yarım milyonluq kitabxanada ən çox satılan, ən çox oxunan, ən yaxşı satılan, ən məşhur klassik və müasir əsərləri və digər nümunələri əldə etmək mümkündür.

Qeyd edək ki, Bookmate Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR