Svante Kornell: "Dünya Dağlıq Qarabağ məsələsinə maraq göstərmir"

Svante Kornell: "Dünya Dağlıq Qarabağ məsələsinə maraq göstərmir"
# 17 aprel 2015 11:44 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Stokholmdakı Qafqaz Araşdırmalar İnstitutunun direktoru Svante Kornell deyib.

S. Kornell bildirib ki, artıq münaqişə bölgəsində gərginlik birmənalı olaraq başlayıb, vəziyyət daha da ağırlaşa bilər: “Ona görə də təxirə salınmadan beynəlxalq təşkilatlar bu məsələ ilə yaxından maraqlanmalıdırlar. Əks halda, ciddi fəsadlar özünü göstərəcək”.

S. Kornell azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzəriində separatçı rejim tərəfindən “məhkəmə” qurulmasının bu gərginliyin növbəti mərhələsi, tərkib hissəsi olduğunu söyləyib: “Bütün hallarda Dağlıq Qarabağ Azərbaycan torpaqları kimi tanınır və Dilqəm ilə Şahbaz da müəyyən riski gözə alaraq öz torpaqlarına getmişdilər. Buna onların haqları vardı, amma təhlükəli olduğunu da bilirdilər. Rusiya və ABŞ tərəfindən girovların azad olunması ilə bağlı Ermənistana müəyyən təzyiq göstərilsə də, nəticə yoxdur".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR