Mədəniyyət və Turizm Nazirliyi milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edib

Mədəniyyət və Turizm Nazirliyi milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edib
# 15 oktyabr 2014 10:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm potensialının təbliği, daxili turizm mədəniyyətinin populyarlaşdırılması, turizm sahəsinin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanması və ölkə ictimaiyyətinin sahəyə diqqətinin artırılması məqsədilə milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsini elan edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, müsabiqəyə Azərbaycanın turizm potensialına həsr olunmuş və yalnız müsabiqə dövründə müxtəlif dövrü mətbuat orqanlarında nəşr edilmiş və ya internet resurslarda yerləşdirilmiş məqalələr iştirak edə bilər.

Təqdim ediləcək məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şəffaflığını təmin etmək üçün məqalələr Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet saytında öz əksini tapacaq.

Müsabiqədə qaliblər üçün 2000 manat, II yer üçün 1000 manat, III yer üçün isə 500 manat mükafat nəzərdə tutulub. 5 nəfərə isə həvəsləndirici diplomlar və 200 manat təqdim olunacaq. Son təqdimetmə tarixi 20 noyabrdır. Materiallar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR